Əlaqə Arxiv
news Image
2016.05.22
14:30
| A A A
Sabah hava buludlu olacaq

Sabah  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  əsasən yağmursuz keçəcəyi  gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə  12-17, gündüz 22-27, Bakıda gecə 13-15, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 civə sütunundan 756 civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55  faiz təşkil edəcək.

 

Sabah Azərbaycanın rayonlarında havanın  əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı  gözlənilir.  Şərq küləyi-əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 15-20  dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz