Əlaqə Arxiv
news Image
2016.05.23
14:40
| A A A
Tədqiqatçı Zaur Əliyev Elnur Eltürkün təklifinə cavab verdi

Dostum Elnur Eltürk yeni təkliflə çıxış edib. O, Azərbaycanın strateji əməkdaşlığında Yaponiyanın mühüm əhəmiyyətini qeyd edir. Niyə məhz Yaponiya. Uzaq bir diyarda yerləşən ölkə nə edə bilər bizə? Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan diaspor tarixi ilə bağlı bir neçə kitabın müəllifi Zair Əliyev jurnalist Elnur Eltürkün bir müddət bundan öncə mətbuatda Yaponiya-Azərbaycan əlaqələrinin daha da inkişafı üçün yeni cəmiyyətin qurulmasına dair fikirlərinə cavab verərkən bildirib. Zaur Əliyev Yaponiyanın dünyanın İT sahəsində və elmi texnoloji inkişafda öndə gedən bir dövləti olduğunu qeyd edib. Yaponiya kimi dünyaca nüfuzlu bir ölkədə daha geniş miqyaslı tanıtım və diaspora işləri bu gün üçün önəmli sayılır bizim üçün. Yaponiya bir çox xüsusiyyətləri ilə dünyanın digər ölkələrindən kəskin şəkildə fərqlənir. Bu ölkədə sosial psixologiya dünyanın heç bir ölkəsi ilə müqayisə olunmayacaq qədər fərqlidir. Bu, ölkədə insanlar danışmaqdan daha çox dinləməyə və görməyə, dolayısı ilə öyrənməyə üstünlük verirlər. Biz belə bir dövlətlə əməkdaşlıq etsək Azərbaycan üçün onların təcrübəsini gətirsək qazanan biz olacıq. Yapon nəhəng firmalarının Azərbaycana cəlb olunması, onların bizim İKT sahəsinin inkişafında iştirakını təmin etmək uğurlu seçim ola bilər. Bu sirr deyil ki, Yaponiya dünyanın bir çox siyasi, ictimai və elmi dairələrin maraq mərkəzindədir. Maraq isə əlbəttdə Yaponiyanın iqtisadi nailiyyətləri, yapon xalqının qədim ənənələri və özünəməxsus mədəniyyətinədir. Elnur ideyan alqışlanasıdır",-deyə Z.Əliyev əlavə edib.

Sizin Reklam Yeriniz