Əlaqə Arxiv
news Image
2016.05.23
14:42
| A A A
İnsan alveri qurbanları arasında zorakılığa məruz qalanlar da var-İdarə rəisi

2015-ci ildə insan alveri qurbanı olan 64 nəfərdən 46 faizi məişət zorakılığının qurbanı olmuş şəxslərdir. Movqe.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev rəhbəri olduğu idarənin və Mətbuat Şurasının KİV nümayəndələri üçün təşkil etdiyi seminarda bildirib. Ş. Əsədullayevin sözlərinə görə, araşdırmalar göstərir ki, insan alveri qurbanlarının arasında məişət zorakılığına məruz qalmış şəxslər də var. Ş. Əsədullayev bildirib ki, ötən 10 il əzində 440 insan alverçisi cinayət məsuliyyətinə cəlb edilib.  2015-ci ildə Azərbaycanda qeydə alınan 26 916 cinayət hadisəsindən 28 fakt insan alveri və məcburi əmək cinayətləri ilə bağlı olub. Bu da cinayətlərin 0,48 faizini təşikl edir. 2016-cı ilin ilk 4 ayı ərzində 78 insan alveri faktı qeydə alınıb.

Sizin Reklam Yeriniz