Əlaqə Arxiv
news Image
2016.05.23
15:32
| A A A
8 uşaq əcnəbilərə övladlığa verilib

Ötən il xarici ölkə vətəndaşlarına 8 uşaq övladlığa verilib. Movqe.az xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə söyləyib. R.Süleymanzadə xarici ölkə vətəndaşlarına övladlığa verilən uşaqların insan alveri qurbanına çevrilməməsi üçün onların üç il müddətində nəzarətdə saxlanıldığını, övladlığa götürən şəxs və həmin ölkənin aidiyyatı qurumlarından uşağın vəziyyətinə dair məlumat əldə etdiklərini söylədi: "Hələ indiyədək xarici ölkə vətəndaşlarına övladlığa verilən uşaqların insan alveri qurbanı olmasına dair heç bir fakt aşkarlanmayıb". R. Süleymanzadə bildirib ki, Azərbaycandan xaricə övladlığa əsasən Türkiyə, Gürcüstan və digər ölkələrin vətəndaşları tərəfindən uşaqlar götürülüb.   

 

Sizin Reklam Yeriniz