Əlaqə Arxiv
news Image
2016.05.23
16:11
| A A A
Azərbaycan miqrant axınında tranzit ölkəyə çevrilir

"Son 6 ay ərzində Yaxın Şərq-Türkiyə-Azərbaycan marşurutu ilə Avropaya qanunsuz miqrant axını faktları qeydə alınıb. Bu da Azərbaycanın tranzit ölkəyə çevrilməsinə gətirib çıxarır".

Movqe.az-ın məlumatına görə, bu sözləri Dövlət Miqrasiya Xidmətinin Miqrasiyaya Nəzarət Baş İdarəsinin şöbə rəisi Qüdrət Məmmədov jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, Azərbaycanda son 11 ildə 646 insan alveri qurbanı aşkar edilib. Bunlardan 7 faizi əcnəbi və vətəndaşlığı olmayan şəxlərdir. Qüdrət Məmmədov bildirib ki, əcnəbi vətəndaşlar Azərbaycana leqal və qeyri-leqal yolla daxil olurlar: "Azərbaycanın hüquq-mühafizə orqanlarının son illər keçirdikləri əməliyyat tədbirləri nəticəsində artıq ölkəmizə qeyri-leqal yolla daxil olan əcnəbilərin sayı azalıb. Əvvəlki illərdə ölkəmizə Banqladeş və Pakistan vətandaşları qanunsuz miqrant kimi daxil olublar. Son 6 ay ərzində Yaxın Şərq-Türkiyə-Azərbaycan marşurutu ilə Avropaya qanunsuz miqrant axını faktları qeydə alınıb. Bu da Azərbaycanın tranzit ölkəyə çevrilməsinə gətirib çıxarır. Hüquq-mühafizə orqanları əməkdaşları 5 mütəşəkkil dəstə zərərsizləşdirib. Saxlanılanlar arasında Azərbaycan vətəndaşları olmayıb. Əsasən həmin qanunsuz miqrantların öz ölkələrindən olan şəxslər olub.  Hazırda Azərbaycanda miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 5 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs var".


Sizin Reklam Yeriniz