Əlaqə Arxiv
news Image
2016.05.23
16:20
| A A A
Təcavüz xəbərlərinin böyük fəsadı
Cinayət verlişlərinin izləyən azyaşlıların psixologiyasına sarsıdıcı zərbə vurulur


Son vaxtlar azyaşlılara qarşı  xəbərlər mediada geniş tirajlanan mövzulardan birinə çevrilib.  Bəs görəsən, danışmaq, saytlarda, televiziyalarda, radiolarda, mətbu nəşrlərdə bunu  mövzüya çevirmək nələrə gətirib çıxarır? 



Ölkəmizdə yaşayan hər kəs cinsiyyətindən asılı olmadan bu və ya digər şəkildə mental dəyərlərinə bağlı yetişdirilir.  Təəssüflər olsun ki, bəzən  mentalitetlə stereotiplərin yerini özümüz də səhv salırıq. BMT-nin yaydığı məlumata görə  hər üç qadından biri şiddətə, hər beş qadından biri təcavüzə uğrayır. Təxminən 113-200 milyon arası qadın, bura az yaşlılar da daxildir ki, demoqrafik baxımdan itkin sayılır.Təcavüzə  uğrayan hər üç qadından biri  intihar edir. 


Sosioloq Lalə Mehralı zorakıllıq hallarının artmasını iki amillə əsaslandırır. Onun sözlərinə görə onlardan birincisi   korlanmış psixologiyadır. Düzgün verilməyən tərbiyə, pis mühit, zərərli vərdişlər, yaşa uyğun olmayan televiziya proqramları maraq psixologiyanı korlayan ən vacib faktordur: "Çox rast gəlmişəm, elə öz yaxın ətrafımda da var, ailənin 10-12 yaşlı uşaqları ilə cinayət verilişinə baxır. Uşaq cinayətkarın öz qurbanını necə öldürdüyünü, hansı vəhşiliklə qətlə yetirdiyini, qətldən sonra necə gizləndiyini izləyir və bütün bunlar şüuraltına yazılır. Təcüvüz edən biri prosesi bütün çılpaqlığı ilə nəql edir. Bəzi gənclər qızlara təcavüz edəndən sonra izi necə itirmək barədə "məlumatlanırlar". Bu psoses illərlə davam edir, uşaq böyüyüb gənc bir oğlan olub, artıq onun mərhəmət hissi yox olub. O uşaq vaxtı itin quyruğunu gözünü qırpamadan kəsirdisə, pişiyin gözünü çıxarırdısa, indi bunlarla qane olmayacaq, ya kimisə öldürəcək, ya da təcavüz edəcək". 



Ekspert, həmçinin yeni nəslin aqressiv inkişafında modifikasiya olunmuş qida məhsullarının rolunu da gözdən qaçırmamağın lazımlı olduğunu söyləyir: "Portağal yeyirik, amma əslində onun tərkibində donuz geni var, banan yeyirik, əslində onun tərkibi siçan genidir. Energetik içkilərlə gənc nəsli məhv etmək üzrədirlər. Bu içkilərin təhlükəsi barədə çox yazılsa da təəssüf ki, gənc nəsil onu istehlak etməkdən əl çəkmir. İçir, içir, "heç nə olmur" qənaətinə gəlir, yenə içir. Bir gün bir qaranlıq gecədə bir azyaşlıya təcavüz edir və bunun səbəbi də illərdir onun bədəninə yeridilən o yad genlərdir". Ailə və uşaq münasibətlərindən danışan Lalə Mehralı deyir ki, valideynlərdən çox şey asılıdır. Müasir dövrdə inkişaf edən texnologiyanın yaratdığı imkanlardan uşaqlarının limitsiz istifadəsinə imkan verən valideyn sonun necə olacağını da düşünməlidir: "10-12 yaşlı uşaqların hər birinin əlində kitab boyda bir telefon var, istədikləri saytda at oynadırlar, tanışlıq saytlarında kimlə gəldi yazışırlar. Uşaqlar belə-belə ailənin nəzarətindən çıxır. O telefonu alıb uşağın əlinə verəndə, evə daimi açıq olan internet xətti çəkdirəndə bunların ola biləcəyini düşünmək lazımdır. Bəs 9-10 yaşlı uşaqların sosial şəbəkədə nə işi var? Ümumiyyətlə o yaşda bir uşağa bu qədər sərbəstlik necə verilir?" . 



Uşaq psixoloqu Aysel Sərkarlı qeyd deir ki, təcavüzə uğrayan zərər çəkmiş azyaşlının psixoloji vəziyyəti nəzərə alınaraq məhkəmə sorğusu zamanı suallara diqqət etmək lazımdır.  Aysel xanım onu da qeyd edir ki, valideyn və övlad arasında həddən artıq pərdə olması da bu halların yaşanmasına səbəbdir. Belə ki, cinsi bilgiləndirmə zamanı valideynlərin uşaqlarını qorxuzması onların təcavüzü gizlətmələrinə səbəb olur. 










Hüquqşünas Samirə Qasımova qeyd edir ki, Cinayət Məcəlləsində şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlər sırasında 5 növ cinayət yer alır və həmin cinayətlərə görə, 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. 
















Çoxları zorlama hallarının çoxalmasında medianı günahkar hesab edir. Bu tip olayların gündəmdən uzaq qalmasını münasib bilir. Bütün bunları nəzərə alaraq, cəmiyyətdə formalaşan fikirlərə media nümayəndəsi kimi Aynur Nəsirovanın münasibətini öyrəndik. O, isə bildirir ki, KİV-də təcavüz olaylarının  bütün incəliklərinə qədər işıqlandırılması düzgün deyil. 




Sizin Reklam Yeriniz