news Image
2016.05.24
08:00
| A A A
Pasiyentlər müalicə üçün yenə Bakıya axışır
Adil Qeybulla: “İnsanlar Bakı səhiyyəsinə daha çox ümid bəsləyirlər, paytaxtda səhiyyənin daha yüksək inkişaf etdiyi düşüncəsindədirlər” Şəmsiyyə Namazlı: “Seçim pasiyentin öz ixtiyarına verilib”

Azərbaycan regionlarında əhaliyə xidmət üçün yüksək səviyyəli səhiyyə mərkəzləri yaradılıb. Kadr və texniki təchizat baxımıdan da illər öncə ilə müqayisədə inkişaf var. Amma diqqəti çəkən odur ki, hələ də pasiyentlərin böyük əksəriyyəti adi müalicə üçün paytaxtı seçirlər. Maddi imkanı geniş olanlar isə xaricə üstünlük verirlər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, pasiyentlərin regionlardan paytaxta gəlmələrini baş düşmək olar: "Çünki, insanlar Bakı səhiyyəsinə daha çox ümid bəsləyirlər. Paytaxtda səhiyyənin daha yüksək inkişaf etdiyi düşüncəsindədirlər. Həqiqətən də bəzi əməliyyatlar var ki, hələlik regionlarda az icra olunur və ya icra olunmur. Bu kimi faktorlar insanları mərkəzə istiqamətlənməyə sövq edir. Eyni zamanda xarici ölkələrə də üz tutanların sayı var. Bu, dünyanın hər yerində belədir. Lakin qəbul edək ki, Azərbaycanda bu statistika həddən artıq çoxdur".

Professor qeyd etdi ki, xaricə axının əsasında bir neçə faktor dayanır: "Birinicisi, milli səhiyyəyə güvən azdır. Bundan başqa, burada bəzi xəstələrin nəticələrdən məyus olmasıdır. Eyni zamanda, cəmiyyətdə belə bir fikir formalaşıb ki, guya İranda müalicə Azərbaycana nisbətən ucuz başa gəlir. Bütün bu faktorlar axını şərtləndirən amillərdəndir. Halbuki, hazırda heç də elə deyil. Məlumatlara görə, bu gün İranda müalicə ucuz başa gəlmir. Artıq orada qiymətlər Azərbaycandan daha yüksəkdir. Amma bu rəqəm Azərbaycanda səhiyyə gücləndikcə tədricən aşağı düşəcək. Hazırda ölkəmizə Türkiydə, Avropada, ABŞ-da təhsil almış gənclər qayıdırlar. Onlar Azərbaycanda mürəkkəb əməliyyatların həyata keçirilməsini təmin edə bilirlər. Odur ki, ölkəmizdə yavaş-yavaş vəziyyət dəyişəcək. Ona görə də xaricə axının səviyyəsi xeyli aşağı düşəcək. İnsanlar burada yüksək keyfiyyət və ucuz xidmət gördükdən sonra xaricə getməyə üstünlük verməyəcəklər".

Tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı bildirdi ki, əvvəla seçim xəstənin özünündür: "Ancaq qəbul edək ki, rayonlarda paytaxta nisbətən problemlər var. Həkimin müayinəsi, müalicənin nəticəsi vətəndaşı qane etməyə bilər. Məhz o zaman mərkəzə üz tutmağa üstünlük verirlər. Düzdür, regionlarda diaqnostik mərkəzlər var və onlar da tibbi avadanlıqlarla təmin olunub. Sadəcə, hazırda onları işlədən mütəxəssis baxımdan problemlər yaşanır. O baxımdan insanlar paytaxtın tibb mərkəzlərinə üstünlük verirlər.

Bu gün Sovet dönəmindən fərqli olaraq seçim pasiyentin öz ixtiyarına verilib. Amma hadisələr onu göstərir ki, rayonlardan nəticə əldə edə bilməyən xəstələr Bakıya və xaricə üz tuturlar. Ümumiyyətlə, hər kəs normal müalicə almaq istəyir. Bu baxımdan maddi imkanları olanlar xaricə üstünlük verirlər. Daxildə onları qane etməyən çox faktorlar tapa bilirlər. Ancaq birbaşa heç kəs paytaxta və ya xaricə getmir. İlk olaraq yaşadığı ərazidə müalicədən keçir. Onun effektini görmədikdə, paytaxta və ya xaricə üz tutur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs