Əlaqə Arxiv
news Image
2016.05.24
12:00
| A A A
20 dövlət xəstəxanası mərkəzləşdirilmiş informasiya sisteminə qoşulub

Azərbaycanda xəstəxana və digər tibb mərkəzlərinin mərkəzləşdirilmiş informasiya sisteminə qoşulması prosesi davam edir.


Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasında bu gün keçirilən Bakıda ilk dəfə olaraq elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş elmi-praktik konfransda Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.


Nazir müavini bildirib ki, bu proses tibb müəssisələrinin işinin səmərəli qurulmasına yardım edib: "Artıq Azərbaycanda 20 dövlət xəstəxanası bu sistemə qoşulub. Bundan başqa, Azərbaycan Tibb Universitetinin tədris-cərrahiyyə korpusu, universitetin digər klinikaları da həmin sistümə qoşulub".


E.Ağayev deyib ki, artıq Azərbaycanda təcili-tibbi yardım stansiyaları da bu sistemlə işləyir. Bu da təcili yardımların çağırış yerinə tez getməsinə, vaxtında yardım etməsinə köməklik edir".

Sizin Reklam Yeriniz