news Image
2016.05.24
12:10
| A A A
Ali məktəblərə tədqiqat universitetləri statusu veriləcək

Yaxın gələcəkdə aparıcı ali təhsil müəssisələrinə tədqiqat universitetləri statusunun verilməsi nəzərdə tutulur.


Movqe.az-ın  trend-ə istinadən məlumatına görə, bunu Təhsil nazirinin müavini Ceyhun Bayramov Təhsil Nazirliyinin təşkilatçılığı ilə bu gün keçirilən doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının açılış mərasimində çıxış edərkən deyib.


C.Bayramov qeyd edib ki, magistura və doktorant səviyyəsində elmi araşdırmalara dərindən yiyələnmək məqsədi ilə "Tədqiqat metodları" adlı fənn həmin səviyyələr üzrə tədris planına daxil edilib: "Bununla da 2016/2017-ci tədris ilindən başlayaraq 150-dən çox ixtisaslaşma üzrə təhsil alan magistrant və doktorantlar müasir tədqiqat metodlarını öyrənmək imkanı əldə edəcəklər. Hazırda həmin fənni tədris edəcək müəllimlər üçün ADA Universitetində təlimlər keçirilir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs