news Image
2016.05.24
12:20
| A A A
Avstraliyada Azərbaycan Respublika Gününə həsr olunmuş tədbir keçiriləcək

Azərbaycan-Avstraliya Parlamentlərarası Dostluq Qrupunun nümayəndə heyəti 28 May Respublika Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.


Tədbir Avstraliya-Azərbaycan Dostluq Assosiasiyasının təşəbbüsü ilə keçiriləcək.


Milli Məclisin deputatı, dostluq qrupunun rəhbəri Xanlar Fətiyev və Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin üzvü Asim Mollazadənin daxil olduğu nümayəndə heyəti səfər zamanı Avstraliya Federal Parlamentinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək, ticari-iqtisadi, siyasi əməkdaşlığln genişləndirilməsi və digər məsələləri müzakirə edəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs