news Image
2016.05.24
12:42
| A A A
Azərbaycan əqli mülkiyyət sahəsində uzunmüddətli milli strategiya hazırlayır

Azərbaycanda əqli mülkiyyətin qorunması üzrə milli strategiyanın hazırlanması üzərində iş başa çatır. Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Niyazi Rəhimov deyib.


Onun sözlərinə görə, milli strategiya əqli mülkiyyət hüquqlarının qorunması sahəsinin daha da inkişafına, onun müvafiq beynəlxalq sistemə inteqrasiyasına, bu sahədə səmərəli xidmətlərin göstərilməsinə istiqamətlənib.


Strategiya Dünya Əqli Mülkiyyət Təşkilatı ilə birlikdə və bu təşkilatla imzalanmış sazişə uyğun hazırlanır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs