news Image
2016.05.24
14:50
| A A A
BP Azərbaycanda I rübdə neft hasilatının həcmini açıqlayıb

2016-ci ilin I rübündə Azərbaycan 8 milyon ton yüngül neft hasil edib. Movqe.az-ın məlumatına görə, bu barədə "BP Azerbaijan"ın 2016-ci ilin I rübünün fəaliyyətinin yekunları üzrə hesabatında deyilir.


"BP Azerbaijan" "Azeri Light" sortun hasil edildiyi Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun operatorudur.


Göstərilən dövrdə AÇG yatağında yüngül neftin gündəlik orta hasilatı 651 min barel təşkil edib.


2015-cü ildə Azərbaycan 31,3 milyon ton "Azeri Light" nefti hasil edib ki, 2014-cü ildə bu göstərici 31,5 milyon ton olub.


2016-ci ilin I rübündə layihə çərçivəsində əməliyyat məsrəfləri təqribən 137 milyon dollar, əsaslı məsrəflər isə 396 milyard dollar təşkil edib.


AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Yatağın neft ehtiyatları təqribən 1 milyard ton təşkil edir.


Müqavilədə pay iştirakı aşağıdakı kimidir: BP (AÇG-nin operatoru) - 35,78 faiz, "Chevron" - 11,27 faiz, "Inpex" - 10,96 faiz, "AzACG" - 11,65 faiz, "Statoil" - 8,55 faiz, "Exxon" - 8 faiz, "TPAO" - 6,75 faiz, "Itocu" - 4,3 faiz və "ONGC" - 2,72 faiz.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs