news Image
2016.05.24
15:07
| A A A
KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edir

KİVDF  Milli Mətbuatın yaranmasının 141 illiyi ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsi elan edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:


 

İstiqamətin adı

1.

Vətəndaş cəmiyyətihüquqi dövlət quruculuğu

2.

Fikirsöz və məlumat azadlığınınplüralizmin inkişaf etdirilməsi

3.

İnsan hüquq və azadlıqlarının müdafiəsivətəndaşların hüquqisiyasi 

mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

4.

İctimai və dövlət maraqlarının müdafiəsi

5.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

6.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və 

digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

7.

Qaçqın və məcburi köçkünlərin, əhalinin social cəhətdən qayğıya ehtiyacı

olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

8.

Azərbaycanın dövlətçilik tarixininmilli adətnənələrinin, elm və mədəniyyətinin təbliği

9.

Azərbaycançılıq ideyasının təbliği

10.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

11.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

12.

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

13.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

14.

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

15.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

16.

Ekologiya və ətraf mühitin mühafizəsi

17.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

18.

Elm və təhsilin inkişaf etdirilməsi

  19. 

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

 Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı1 (bir) ilmüddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

 

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

2. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalıdır.

3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi"qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Qəzetdə dərc olunmuş yazıda"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"qeydi göstərilməlidir.

5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:

5.1.Azərbaycan jurnalistlərinin l qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən;

b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi"qara siyahı"dan çıxarılan (1 il müddətində);

c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış KİV (6 ay müddətində).

QEYD: İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etdirməlidirlər.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə buraxılmır.


Yazıların qəbul qaydaları

1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet, jurnal) - 1 nüsxə

2. Yazının Elektron variantı (Arial (12) şriftində -CD diskdə) - 1 nüsxə

3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə

4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə).

 

Tələb olunan sənədlər

1.Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası ilə),

2.İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə),

3. Şəxsiyyət vəsiqəsi və surəti,

4.Şəxsi VÖEN və surəti,

5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı və hesabın aktiv olması barədə bank tərəfindən təsdiq edilmiş sənəd).

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 26 may 2016-cı il tarixdə başlayır, 12 iyul 2016-cı il tarixdə başa çatır (12 iyul 2016-cı il yazıları təqdim etmək üçün sonuncu tarixdir).

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

 

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

 

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə 6 qalib müəyyən edilir

I yer üçün bir nəfər (500 AZN)

II yer üçün iki nəfər (400 AZN)

III yer üçün üç nəfər (300 AZN)

Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur.

 

İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

Yazınınistiqaməti

 

Yazının adı

 

Müəllifin adı, soyadı, atasının adı

 

Mətbuatda təxəllüsü (əgər varsa)

 

İşlədiyi KİV

 

Vəzifəsi

 

Yazının dərc olunduğu mətbuat orqaorqanı

 

Ünvanı və poçt indeksi

 

-iş telefonu

 

-ev telefonu

 

-mobil telefonu

 

-elektron poçt ünvanı

 

 

 

Şəxsin imzası ________________Baş redaktorun imzası________________

M.Y.

 

Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2016-cı il

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.

Əlaqə telefonları: (012) 537 19 45; (012) 537 19 41;

Elektron ünvan:info@kivdf.gov.az,kivdf.info@gmail.com

Sayt:www.kivdf.gov.az

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs