news Image
2016.05.24
15:15
| A A A
ADNSU-da “Doktorant və Gənc Tədqiqatçıların XX Respublika elmi konfransı” işinə başlayıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Doktorant və Gənc Tədqiqatçıların XX Respublika elmi konfransı keçirilib. Təhsl Nazirinin müavini Ceyhin Bayramov, akademiklər, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, doktorantlar və gənc tədqiqatçıların iştirak etdiyi tədbiri girişi sozü ilə ADNSU-nun rektoru, professor Mustafa Babanlı açaraq Doktorant və Gənc Tədqiqatçıların XX Respublika elmi konfransının universitetdə keçirilməsini əlamətdar hadisə adlandırıb. Mustafa Babanlı ali təhsilin bazasının elmə söykənməli olduğunu bildirib. Elmin nəticələrinin sənaye və iqtisadiyyatda tətbiq edilməli olduğunu qeyd edən rektor Mustafa Babanlı ADNSU-da gerçəkləşdirilən START UP layihələri ilə bağlı iyunun 30-da geniş tədbirin keçiriləcəyini söyləyib. O konfransda iştirak edən doktoran və gənc tədqiqatçılara uğurlar arzuladıqdan sonra çıxış üçün sözü Təhsil Nazirinin müavini Ceyhun Bayramova verib. Təhsil nazirinin müavini Ceyhuin Bayramov hər il ənənəvi olaraq təşkil edilənb bu konfransın "Multikulturalizm ili" çərçivəsində və ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbirlər sırasında özünəməxsus yer tutduğunu qeyd edib. Müasir cəmiyyətdə siyasi, iqtisadi və informasiya sahələrində rəqabətin gücləndiyini nəzərə çatdıran nazir müavini təbii resursların kəskin azaldığı və ekoloji balansın pozulduğu bir dövrdə elm və təhsilin rolunun sürətlə artdığını bildirib. Elm və təhsilin səmərəli əlaqələrinin genişləndirilməsinin əhəmiyyətinə toxunan Ceyhun Bayramov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Stratregiyası"nın qarşıya qoyduğu strateji istiqamət və hədəflərin Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf meyllərini müəyyənləşdirdirdiyini bildirib. Təhsil nazirinin müavini fəlsəfə və doktoran təhsili alanların sonrada ali məktəblərdə fəaliyyətini davam etdirməsini ən mühüm məsələlərdən biri kimi qeyd edərək istedadlı gənclərin elmə marağını artırılması istiqamətində tədbirlərin nəzərdə tutlduğunu söyləyib. Doktorant və gənc tədqiqatçıların XX Respublika elmi konfransının keçirilməsi üçün yaradılan şəraitə görə ADNSU-ya təşəkkürünü ifadə edən nazir müavini konfransın işinə uğurlar arzulayıb. Bakı Dövlət Universitetnin rektoru, akademik Abel Məhərrəmov çıxışına ABŞ prezidenti Ruzveltin "ABŞ universitetləri ona görə güclü deyil ki, ABŞ dövlət olaraq güclüdür. ABŞ universitetləri güclü olduğunu görə, ABŞ dövləti güclüdür" kəlamı ilə başladı. Dünyada 5 min millətin, onlardan yalnız 200-nün dövləti olduğunu qeyd edən akademik Azərbaycanın 200-ün arasında yer alamasını ümummilli lider Heydər Əliyevin əvəzsiz xidməti kimi dəyərləndirib. Dövlətçilik uğrunda mübarizə gedən illərdə elmi potensialın deformasiyaya uğradığını, çoxsaylı özəl ali məktəblərin fəaliyyətini xatırladan Abel Məhərrəmov yalnız elmi məktəbləri olan universitetlərin güclü olduğunu vurğulayıb. Ali məktəb tələbələri artıq I-II kursdan etibarən tədris laboratoiyaları ilə yanaşı elmi-tədqiqat laboratoriyalarında di çalışmalı olduqlarını qeyd edərək əmək bazarında işəgötürənlərin hərtərəfli hazırlıqlı kadrlara ehtiyacı olduqlarını bildirib. Sonra doktorant və gənc tədqiqatçılara söz verilib, BDU, ADNSU və Bakı Musiqi Akademiyasının doktorantları zəngin ənənələri olan ADNSU divarları arasında keçirilən Respublika elmi konfransında iştirak etmələrindən şərəf duyduqlarını qeyd edib, apardıqları elmi tədqiqatlar haqda məlumat veriblər. 

ADNSU-nun tədris işləri üzrə prorektoru Qasım Məmmədov konfransın təşkili ilə bağlı məlumat verdi. O konfransın 17 bölmə üzrə işini davam etdiricəyini qeyd edib. Məruzə edilməyən və eləcə də məruzə edilmiş lakin bölmə tərəfindən nəşrə tövsiyyə olunmayan işlərin nəşr olunmayacağını diqqətə çatdırıb. Sonda ADNSU-nun rektoru, professor Mustafa Babanlı Təhsil Nazirliyinə, ali məktəb rektorlarına, bütün konfrans iştirakçılarını təşəkkürünü bildirib, doktorant və gənc tədqiqatçılara uğurlar arzulayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs