news Image
2016.05.24
17:00
| A A A
Ötən il Avropa İttifaqı ölkələrində terror aktları nəticəsində 150-dən çox insan ölüb

2015-ci il ərzində Avropa İttifaqı ölkələrində baş vermiş terror aktları zamanı 150-dən çox insan ölüb, 360-dan çox adam yaralanıb.

 

Movqe.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Europol yanındakı antiterror mərkəzinin direktoru Manuel Panyaqua bildirib.

 

Avropa Parlamentinin vətəndaş azadlıqları üzrə komitəsinin üzvləri ilə keçirilən görüş zamanı o bildirib ki, ötən il ərzində Avropa İttifaqı ölkələrində 211 baş tutan və baş tutmayan terror aktı hazırlanıb. M. Panyaquanın sözlərinə görə, 17 qanlı terror aktı cihadçılar tərəfindən hazırlanıb. Buna görə 667 şəxs həbs edilib.

 

"Avropa İttifaqına qarşı hücumlara hazır olan terrorçu qruplar bəsit dəstələrdir. Lakin onların İŞİD-lə əlaqələrinin olması barədə məlumatımız var", - deyə Panyaqua bildirib.

Sosial səhifələrdə paylaş

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs