news Image
2016.05.25
11:20
| A A A
ADSNU-nin professor və aspirantlarından yeni kəşf

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor  dəniz suyundan yanacaq qazı alan qurğu icad ediblər. 

Üstəlik bu qurğu vasitəsilə alınan qaz məişətdə istifadə etdiyimiz metan qazından bir çox parametrlərinə görə üstündür.


Azərbaycan alimləri yanacaq qazı istehsal edən yeni qurğu ixtira ediblər. Ən diqqət çəkən məqam ondan ibarətdir ki, bu üsul vasitəsi ilə qaz suyun hesabına alınır. 


Özü də burada dəniz, suyu kimi tükənməz xammaldan istifadə edilə bilər.


Prosesə uyğun alınmış qaza şətri olaraq "Hidroqaz" adı verilib. Layihə müəlliflərinin dediyinə görə, bu qaz öz parametrlərinə əsasən məişətdə istifadə olunan "Metan" qazından daha üstündür, yəni istilikvermə qabiliyyəti 1,5 dəfə çoxdur, üstəlik ekoloji baxımından da daha təmizdir.


Məsələn, "Metan" qazı ilə istər şüşəni, istərsə də alüminiumu kəsmək mümkün olmadığı halda, "Hidroqaz"la bu proses rahatlıqla həyata keçirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs