Əlaqə Arxiv
news Image
2016.05.25
12:50
| A A A
30 dərəcə isti olacaq

Mayın 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gündüz mülayim cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, havanın temperaturu gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 25-27 dərəcə isti olacaq.  

 

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 13-18, gündüz 25-30, dağlıq rayonlarda gecə 5-10, gündüz  15-20  dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz