news Image
2016.05.25
13:10
| A A A
Eksternat imtahanların nəticələri açıqlandı

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şəxslər üçün keçirilmiş imtahanların nəticələri açıqlanıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, eksternat imtahanlarında iştirak etmək üçün 533 nəfər qeydiyyatdan keçib, 45 nömrəli tam orta məktəbdə baş tutmuş imtahanda isə 506 nəfər iştirak edib. Ümumi orta təhsil səviyyəsi üzrə 67 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 241 nəfər eksternat qaydasında keçirilmiş imtahanlarda müvəffəqiyyət qazanıb.

 

Bildirək ki, əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şəxslər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçirilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs