news Image
2016.05.26
07:00
| A A A
Bina həyətlərində uşaqlara çox görülən yer…
Cahangir Qocayev: “Problemdən çıxış yolu kimi əvvəlcə həmin ərazilərin planlaşdırma layihəsi hazırlanmalıdır” Abil Bayramov: “Söylənilən probem onun nəticəsində meydana gəlir ki, binalar inşa olunan zaman sakinlərin bu tipli maraqları nəzərə alınmır”

Günü-gündən ucalan göydələnlər paytaxıtn zahiri görünüşünə əlavə gözəllik qatmaqdadır. Lakin gözəllikləri qədər də bəzən çatışmazlıqları da  nəzərə çarpır. Bu gün yeni inşa olunan bəzi binaların həyətlərinə uşaqların oynaması üçün yerlər saxlanılmır. 

Oxşar problemi köhnə tikililərdə də müşahidə etmək olar. Belə ki, köhnə binaların həyətləri tədricən ya sakinlər, ya da müəyyən şirkətlər tərəfindən zəbt olunaraq müxtəlif müəssiələr, əsasən də satış obyektləri açılır. Bütün bunlar da uşaqların istirahəti üçün nəzərdə tutulmuş sahələrin hesabına əmələ gəlir. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq şöbə müdiri Cahangir Qocayev bildirir ki, problemdən çıxış yolu kimi əvvəlcə həmin ərazilərin planlaşdırma layihəsi hazırlanmalıdır: "Bunu da daha çox müfəssəl plan həll edir. Şəhərsalma və Tikinti Məcəlləsində göstərilir ki, müfəssəl planları yerli icra hakimiyyətləri sifariş etməlidirlər. Təəssüf ki, bu, hələlik çox yerdə olmur. Amma sifariş yoxdursa da, hər bir obyekt yerləşdirilən zaman onun şəhərsalma əsaslandırılması hazırlanmalıdır. Bundan sonra onun işçi layihəsi hazırlanıb ekspertiziya göndərilməlidir. Çox təəssüf ki, bəzən insanlar həmin obyektləri ekspertizadan yayındırırlar, yaxud da müvafiq sənədləri hazırlamırlar. Son nəticədə də belə mənzərə yaranır".

Cahangir Qocayev əlavə etdi ki, Şəhərsalma və Tikinti Məcəlləsinə görə, hansısa obyektin o ərazidə yerləşdirilməsi orada yaşayan sakinlərlə müzakirə olunmalıdır: "İnsanları inandırmaq lazımdır ki, burada bu obyektin tikiməsi vacibdir. Bu isə adətən olmur. Vətəndaş isə öz etirazını bildirmək üçün ictimai nəzarət mexanizmində iştirak edib problemi gündəmə çıxartmalıdır. Eyni zamanda, aidiyyatı qurumları xəbərdar etməlidir. Nəzərə alaq ki, Azərbaycanda torpaq sahəsi az deyil. Hər bir obyektin yerləşdirilməsi üçün uyğun həcmdə torpaq sahəsi ayrılmalıdır".

Bələdiyyə məsələləri üzrə ekspert Abil Bayramov hesab edir ki, problem ilk növbədə ərazinin planlaşdırılması ilə bağlıdır: "Bütövlükdə şəhərin baş planı ilə yanaşı, eləcə də şəhərin ayrı-ayrı ərazilərinin müfəssəl planları işlənib hazırlanmalıdır. O cümlədən hansısa bina tikilən zaman həmin binanın və bina ətrafının müfəssəl planı təsdiq olunmalıdır. Bu halda həm uşaqların oynması, həm də insanların rahat girişi-çıxışı üçün zəruri sahələr ayrılır. Ancaq söylənilən probem onun nəticəsində meydana gəlir ki, binalar inşa olunan zaman sakinlərin bu tipli maraqları nəzərə alınmır. Nəticədə də belə problemlər meydana çıxır". 

Ekspert əlavə etdi ki, bir çox hallarda problem ortaya çıxandan sonra onun həlli imkanları da yaranır: "Bəzən binalar elə inşa olunur ki, artıq uşaqların istirahət etməsi üçün yaradılmış imkanları məhdudlaşır. Amma belə imkanlar qalarsa, sakinlər müvafiq strukturlara müraciət edə bilərlər". 


 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs