Əlaqə Arxiv
news Image
2016.05.25
17:30
| A A A
ADNSU YAP ilk təşkilatı “Multikulturalizm ili”nə həsr olunmuş iclasda

Mayın 25-də Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatında Qadınlar Şurasının geniş tərkibli iclası keçirilib. "Multikulturalizm ili"nə həsr olunmuş tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Yap ilk təşkilatının sədri, dosent Tamilla Naibova 20 nəfərlik fəal üzvlə birlikdə iclasa qatılıb.İclasda Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənova, eləcə də Bakı şəhər üzrə fəaliyyət göstərən YAP Qadınlar şuralarının sədr və üzvləri iştirak ediblər. Qadınlarımız 2016-cı ilin ölkə Prezidenti tərəfindən "Multikulturalizm ili" elan olunmasına diqqət çəkib, ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və svilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini öz çıxışlarında qeyd ediblər. İclasda Azərbaycanın mozaik bir ölkə olduğu, burada çoxlu millət və xalqların nümayəndələrinin, müxtəlif dinlərin daşıyıcılarının yaşamasına diqqət çəkilərək, ölkəmizdə müxtəlif svilizasiyaların mövcud olduğu bir daha göstərilib.Tədbirdə ölkənin həyatında müşahidə olunan inkişaf prosesi və bu işdə qadınların rolu qeyd olunmaqla müzakirələr aparılıb.

Sizin Reklam Yeriniz