news Image
2016.05.25
17:26
| A A A
“Baku Holiday Travel” şirkəti daha bir uğur əldə etdi

Şirkətimiz Alman-Azərbaycan Xarici Ticarət palatasına üzv oldu."Baku Holiday Travel" şirkətinin uğurlarına daha bir uğur əlavə edildi. 19.05.2016 cı il  tarixində "Baku Holiday Travel"  şirkəti rəsmi şəkildə Alman-Azərbaycan Xarici ticarət Palatasına üzv qəbul edilmişdir. Belə ki, şirkətimizə Alman Azərbaycan Xarici Ticarət Palatası tərəfindən bir illik üzvlük sertifikatı təqdim edilmişdir. Bizi üzvlüyə qəbul  etdiyi üçün "Baku Holiday Travel" şirkəti adından Alman Azərbaycan Xarici Ticarət palatasına və İdarə heyyətini  təmsil edən şirkət rəhbərlərinə öz dərin minnətdarlığımızı bildiririk  və  gələcəkdə  sizlərlə uğurlu və məhsuldar əməkdaşlıq edəcəyimizə inanırıq. Alman Xarici Ticarət Palatası  Dünya üzrə 90 ölkədə 130 məntəqədə fəaliyyət göstərərək istər alman istərsə də xarici müəssisələrə öz xidmətlərini təklif edir. Alman iqtisadiyyatı üçün əhəmiyyət kəsb edən bütün ölkələrdə Alman Xarici Ticarət Palatanın nümayəndəliyi mövcuddur.Alman - Azərbaycan Xarici Ticarət Palatasının təsisi 14 mart 2012-ci il tarixində Federal Xarici İşlər Naziri Quido Vestervelle və Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun iştirakı ilə təsdiqlənmişdir.Alman - Azərbaycan Xarici Ticarət Palatası Azərbaycanda fəaliyyət göstərən alman şirkətlərinin və eyni şəkildə Almaniyada fəaliyyət göstərən azərbaycan şirkətlərinin maraqlarını təmsil edir.Bu Palatanın 130-dan çox alman, azərbaycan üzv təşkilatları vardır.Azərbaycan və Alman iqtisadi əlaqələrində iştirak edən istənilən müəssisə Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvü ola bilər. Məhz bu üzvlərdən biri də bizim şirkətimiz "Baku Holiday Travel"dır. "Baku Holiday Travel" 2013-cü ilin noyabr ayından etibarən Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Qısa vaxtda "Amerika Beynəlxalq Turizm Şirkətləri Cəmiyyəti"nə (ASTA) üzv olub. Azərbaycanda turizmin inkişafı ve ölkəyə xarici turistləri cəlb etmək üçün daimi olaraq yeni proyektlər üzərində işləyir.Dünyada keçirilən önəmli sərgilərdə öz xidmətlərini təqdim edərək Azərbaycanı təmsil edir. Bu günki gündə "Baku Holiday Travel" bir çox nəaliyyətlərə imza atmışdır. Bu nəaliyyətlərdən biri də şirkətimizin Alman-Azərbaycan Xarici Ticarət Palatasına üzv olmasıdır. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs