Əlaqə Arxiv
news Image
2016.05.25
18:20
| A A A
AMEA-da növbəti struktur dəyişiklikləri

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bəzi elmi müəssisələrində struktur dəyişiklikləri edilib.


Movqe.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə məlumat verib.


A.Əlizadə qeyd edib ki, Şamaxı Astrofizika Rəsədxanasında, Aşqarlar Kimyası İnstitutunda, Polimer Materialları İnstitutunda, Dilçilik İnstitutunda və Folklor İnstitutunda Təhsil şöbələri yaradılacaq.


Bundan əlavə, AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, Əlyazmalar İnstitutunun və Tarix İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi barədə qərar qəbul olunub.


Nizami adına Ədəbiyyat İnstitutunda "Asiya xalqları ədəbiyyatı" şöbəsi və "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri" şöbəsi yaranıb.


A.Əlizadə deyib ki, riyaziyyat üzrə fəlsəfə doktoru Tamilla Həsənova Riyaziyyat və Mexanika İnstitutunun elmi katibi, Mədinə Səidova İnformasiya Texnologiyaları İnstitutunun elmi katibi, Solmaz Rzayeva Polimer Materialları İnstitutunun elmi katibi, Adilə Səidova Neft-Kimya Prosesləri İnstitutunun elmi katibi, Zərnurə Həmidova Coğrafiya İnstitutunun elmi katibi, Bəxtiyar Məmmədov isə Polimer Materialları İnstitutunun elmi işlər üzrə direktor müavini təyin olunub.

Sizin Reklam Yeriniz