Əlaqə Arxiv
news Image
2016.05.26
11:33
| A A A
Bu gün və sabah əhalinin pulsuz müayinəsi keçiriləcək!

Mayın 26-27-də  Milli Onkologiya Mərkəzinin mütəxəssisləri 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında əhalinin onlokoloji müayinəsini keçirəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, müayinələr ixtisaslaşmış onkoloqlar tərəfindən Səyyar Diaqnostika Kompleksi vasitəsi ilə keçiriləcək. Səyyar Diaqnostika Kompleksinin əsas məqsədi skrininq, şişönü və şiş xəstəliklərinin erkən aşkar edilməsidir. Kompleksin əsas vəzifəsi Azərbaycanın müxtəlif bölgələrində əhalini təmənnasız olaraq müayinələrdən keçirməkdir. Bildirək ki, Skrininq zamanı müraciət edənlər müxtəlif növ müayinələrdən keçir, hər hansı patologiya aşkar olunduqda həmin xəstələr müvafiq profilli xəstəxanalara göndərilir. Profilaktik müayinələrin şiş xəstəliklərinin erkən aşkar edilməsində, vaxtında düzgün müalicə olunmasında ölüm faizinin azalmasında böyük rolu vardır.Qeyd edək ki, kompleksin tərkibində 1 mammoqraf, 1 rentgen aparatı, 1 ultrasəs aparatı var. Kompleksdə ginekoloji baxış, ultrasəs müayinəsi, döş qəfəsinin rentgenoskopiyası, süd vəzlərinin mammoqrafiyası müayinələri aparılır.

 

Sizin Reklam Yeriniz