news Image
2016.05.26
12:15
| A A A
Nazir: “İşsizliklə bağlı edilən müraciətlərin sayı artıb”

Azərbaycanda məşğulluq mərkəzlərinə işsizliklə bağlı edilən müraciətlərin sayı artıb".

Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazir deyib ki, hazırda işsizliyə görə müraciət edənləri sayı 2 dəfədən artıq təşkil edir: "Bilirsiniz ki, hər il 3 minə qədər müraciət daxil olurdu, amma bu il müraciətlərin sayı 7 minə yaxınlaşıb. Biz onlara müvafiq vakansiyalar təklif edirik. Amma müvafiq iş olmadıqda onlara yardım ayırırıq. Digər müraciətlərə isə 15 iş günü ərzində cavab veriləcək. Hazırda emalda olan 16 700 ərizə-bəyannamə var və onlar 15 iş günündə cavablandırılacaq. Digər müraciətlər isə bəzi nöqsanlara görə uyğunsuz hesab edilib".

S.Müslümov qeyd edib ki, fevralın 15-dən bu yana ünvanlı sosial yardım almaq üçün 93 541 ərizə-müraciət qəbul edilib və onlardan 7 790-na ünvanlı sosial yardım həyata keçirilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs