news Image
2016.05.26
12:47
| A A A
Nizami Rayon İcra Hakimiyyətində Respublika günü ilə bağlı tədbir keçirildi

Bu gün Nizami Rayon İcra Hakimiyyətində 28 May Respublika gününə həsr olunmuş tədbir keçirilmişdir. Movqe.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan rayon icra başçısı Arif Qasımov Azərbaycanın müstəqilliyinin əbədi olduğunu söyləyib. Daha sonra torpaq uğrunda şəhid olanların xatirəsi anılıb. Milli ordumuzun əsgərlərinin aprel döyüşlərindəki şücaətindən danışan icra başçısı onu da vurğuladı ki, Azərbaycanın möhtəşəm bayrağı respublikamızın hər yerində olduğu kimi tezliklə Qarabağımızda da dalğalanacaq. Tədbir iştirakçılarından millət vəkili Rasim Musabəyov, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və digərləri də öz çıxışlarında dövlət müstəqilliyinin Azərbaycanın siyasi-sosial-iqtisadi həyatındakı əhəmiyyətindən danışdılar.















Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs