news Image
2016.05.26
13:04
| A A A
Elmar Vəliyev “İlin icra başçısı” oldu

Mayın 25-də Bakıda Prezident Administrasiyasının və "The Business Year" jurnalının təşkilatçılığı ilə nəşrin "Azerbaijan 2016" xüsusi buraxılışının ("The Business Year-Azerbaijan 2016") təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Müxtəlif ümumşəhər xarakterli təşəbbüslərin həyata keçirilməsində oynadığı rola və Gəncənin 2016-cı ildə "Avropa Gənclər Paytaxtı" seçilməsinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev "İlin icra başçısı" mükafatı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mükafatı Elmar Vəliyevə təqdim edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün regionlarında uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb. O, Gəncədə müxtəlif sahələrə aid mühüm layihələrin icra olunduğunu, şəhərin inkişaf dövrünü yaşadığını bildirib. Qeyd edib ki, Gəncənin 2016-cı il "Avropa Gənclər Paytaxtı" seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs