Əlaqə Arxiv
news Image
2016.05.26
14:49
| A A A
Siyəzəndə ilan sancan gəncin vəziyyəti ağırdır

Siyəzəndə 24 yaşlı gənci ilan sancıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Movqe.az RTV-yə (Region TV) istinadən xəbər verir ki, Siyəzən Regional Diaqnostika mərkəzindən verilən məlumata görə, rayonun Kiçik Həmyə kənd sakini 24 yaşlı Əliyev Ağabala Xammiz oğlu ötən gecə ilan sancma xəsarəti ilə xəstəxanaya daxil olub.

 

24 yaşlı A.Əliyev kəndlərində ot biçərkən ilan qəfildən onun sağ ayağından sancıb. Xəstəxanaya gətirilən yaralıda sağ baldırın aşağı hissəsinin ilan dişləməsi faktı müəyyən olunub. Ona lazımi tibbi yardım göstərildikdən sonra, vəziyyəti ağır olduğu üçün Bakıdakı tibb müəssisələrindən birinə göndərilib.

Sizin Reklam Yeriniz