Əlaqə Arxiv
news Image
2016.05.26
15:48
| A A A
Gömrükçülər 41200 ədəd qanunsuz siqareti aşkarladılar

Azərbaycana qanunsuz tütün məmulatlarının keçirməsinin qarşısı alınıb. Gömrük Komitəsindən Movqe.az-a verilən məlumata görə,  Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 41200 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. İdarənin  Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında "Samur" gömrük postunun gömrük nəzarəti zonasında  2 avtomobilə baxış keçirib.  Yoxlama zamanı avtomobillərin müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilən 41200 ədəd siqaret aşkar edilərək götürülüb.

Sizin Reklam Yeriniz