Əlaqə Arxiv
news Image
2016.05.26
17:06
| A A A
ANS-in "Nəzər Nöqtəsi”nin yeni aparıcısı BƏLLİ OLDU

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri, tanınmış telejurnalist  Tofiq Abbasovu bundan sonra "ANS"də görəcəyik.  Lent.az-ın əldə etdiyi məlumata görə, T.Abbasov gələn həftədən "ANS"də yayımlanan "Nəzər Nöqtəsi" verilişinin yeni aparıcısı olacaq. Bu barədə  sözügedən teleşirkətin rəhbərliyi tərəfindən T.Abbasova təklif gəlib və razılıq əldə olunub.  T.Abbasov Bakı Beynəlxalq Multikultiralizm Mərkəzindəki vəzifəsini  saxlamaqla yanaşı həm də "ANS"in ən uğurlu layihələrindən birində müəllif-aparıcı kimi çalışacaq. T.Abbasov Azərbaycan televiziyasının tanınmış simalarından biridir. O, uzun müddət AzTV-də, "Lider" kanalında analitik verilişlərin layihə rəhbəri və aparıcısı olub. Eyni zamanda siyasi icmalçı kimi də fəaliyyət göstərir.  Xatırladaq ki, bir neçə gün bundan əvvəl "Nəzər Nöqtəsi" verilişinin keçmiş aparıcısı İlhamiyyə Rza "ANS"dən ayrıldığını açıqlayıb.

Sizin Reklam Yeriniz