Əlaqə Arxiv
news Image
2016.05.26
17:53
| A A A
BSU-da 28 May - Respublika Günü ilə bağlı tədbir keçirilib

Mayın 26-da Bakı Slavyan Universitetində (BSU) 28 May - Respublika Günü ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev Xalq Cümhuriyyətinin tarixi, cumhuriyyətin mövcud olduğu 23 ay ərzində qəbul olunan mühüm qərarlardan söz açıb. Müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycanı Cumhuriyyətinin dövlətçilik tariximizdə xüsusi yeri olduğunu və tariximizin bu mərhələsinə siyasi qiymətin də məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildirib. Dövlət müstəqilliyimizin qorunmasını və əbədiliyini təmin edən Ulu öndər Heydər Əliyevin  dövlətçilik siyasətindən danışan rektor ölkəmizin bugünkü inkişafının və beynəlxalq miqyasda artan nüfuzunun Ümummilli liderin siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin siyasi fəaliyyəti, milli təəssübkeşliyi və qətiyyəti hesabına mümkün olduğunu vurğulayıb. Dağlıq Qarabağ münaqişəsi, düşmən ölkənin təxribatları barədə məlumat verən Asif Hacıyev Azərbaycan ordusunun qazandığı zəfərin  respublikamızda aparılan, milli mənafelərə uyğun çoxşaxəli dövlətçilik siyasətinin nəticəsi oluğunu qeyd edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın Qarabağda  dalğalanacağını əminliklə vurğulayıb.

Tərbiyə işləri üzrə prorektor Aygül Hacıyeva, Beynəlxalq münasibətlər və tərcümə fakültəsinin dekanı Əsgər Əhməd, BSU-nun magistrantı Cəmilə Nəsibova Azərbaycanın beynəlxalq aləmdə dinamik inkişafı barədə danışıblar. Xalq Cumhuriyyətinin Azərbaycan tarixində qoyduğu izlər, Şərq aləminə gətirdiyi yeniliklərdən söz açan çıxışçılar müstəqilliyimizin əbədi olduğunu  bildiriblər.

BSU-nun Mətbuat xidməti


Sizin Reklam Yeriniz