Əlaqə Arxiv
news Image
2016.05.27
10:22
| A A A
Ramazan təqvimi AÇIQLANDI

Müqəddəs ramazan ayının başlamasına sayılı günlər qalıb.

Movqe.az anspress-ə istinadən bildirir ki, ötən gün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası orucluq ayı ilə bağlı fətva verdi. 

Ramazan ayının 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyuna təsadüf edəcək. Ramazan bayramı şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə  istinadən  iyul ayının 6-na təsadüf edəcək. 

Orucun  mühüm  əməllərindən  biri olan fitrə zəkatının vaxtı  ramazan  ayının son  günüdür.  Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər  bir  üzvü  üçün fitrə zəkatı çıxarıb imkansızlara,  ehtiyacı  olan  ailələrə  verməsi  vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi  məsləhət  görülür.

Ayın göründüyü  andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti  başlayacaq. Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən  xüsusi təqvim və yaddaş kitabçası tərtib edib. 

Sizin Reklam Yeriniz