news Image
2016.05.27
18:00
| A A A
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Respublika Günü qeyd olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 28 may – Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı 1918-ci ildə yaradılmış ADR-in Azərbaycanın tarixində tutduğu əhəmiyyətli mövqeyindən danışıb. 

"Əfsuslar olsun ki, Azərbaycan Demokratik Respublikası 23 ay mövcud ola bildi və Azərbaycan yenidən imperiyanın tərkibinə düşdü", - deyə qeyd edən rektor ölkəmizin müstəqilliyə bir də uzun illərdən sonra – 1991-ci ildə yenidən qovuşduğunu bildirib. 1991-ci ildə müstəqillik qazanan Azərbaycanın bir çox çətinliklərlə üzləşdiyini söyləyən rektor 1993-1996-cı illərdə ölkədə sabitliyin yaradılması, iqtisadiyyatın bərpası naminə mübarizə dövrü olduğunu qeyd edərək 1996-cı ilin sonu-1997-ci ilin əvvəlindən etibarən görülən işlərin öz nəticəsini verməyə başladığını vurğulayıb. Rektor Mustafa Babanlı Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük uğurun stabillik olduğunu söyləyib və əlavə edib ki, məhz stabilliyin sayəsində Azərbaycan beynəlxalq neft layihələrinə imza atmaqla iqtisadiyyatın inkişafına nail ola bilib. Azərbaycan Respublikası Prezidentinin ölkədə elm və təhsilin inkişafına daim qayğı və diqqətlə yanaşdığını qeyd edən rektor ADR dövründə ölkədə 27 ali təhsilli adamın olduğunu diqqətə çatdırıb. Hazırda respublikada dərin biliklərə malik akademik və professor ordusunun olduğunu söyləyən rektor bütün bunların Azərbaycanın müstəqillik qazanması sahyəsində gerçəkliyə çevrildiyini vurğulayıb. Bununla belə, o hazırda təhsilin səviyyəsinin ölkənin inkişaf səviyyəsindən geridə olduğunu qeyd edib və bildirib ki, əslində cəmiyyətin, ölkənin daha yüksək tərəqqiyə nail olması üçün təhsilin səviyyəsi daha yüksək olmalıdır. Sonra rektor çıxış etmək üçün sözü ADNSU-nun kafedra müdiri, professor Camal Mustafayeva verdi. Tarixçi alim 23 ay fəaliyyət göstərmiş Azərbaycan Demokratik Respublikasının iqtisadi, xarici siyasət, təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən danışdı. ADR parlamentariziminin digər şərq ölkələri üçün nümunə olduğunu, parlamentdə bütün millətlərin təmsil olunduğunu, qanun yaradıcılığı sahəsində böyük işlər görüldüyünü bildirdi. ADR-in xarici siyasət sahəsində ən böyük uğurlarından biri kimi 1920-ci ildə Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakını göstərən professor Camal Mustafayev bunun nəticəsi kimi Antantaya üzv ölkələrin ADR-in müstəqilliyini de-fakto tanıdıqlarını vurğulayıb. Mürəkkəb tarixi dövr yaşamasına baxmayaraq ADR-in təhsilə xüsusi əhəmiyyət verdiyini qeyd edən natiq buna nümunə olaraq 100 nəfər azərbaycanlı gəncin Avropa ölkələrinə təhsil almağa göndərildiyini qeyd edib. O ADR-in qurulmasında rolu olna insanların özlərini bütünlüklə xalqa xidmətə həsr etdiklərini vurğulayaraq 28 may – Respublika günü münasibətilə toplaşanları təbrik edib. Sonra çıxış edən rektor Mustafa Babanlı hazırda müasir Azərbaycan Respublikasının şanlı tarixi yol keçmiş ADR-in varisi olduğundan hər bir Azərbaycan vətəndaşının şərəf duyduğunu bildirib. Hazırda Azərbaycanın heç vaxt olmayan qədər güclü olduğunu qeyd edən rektor Mustafa Babanlı hər bir Azərbaycan vətəndaşının öz sahəsində, öz yerində çalışmalı olduğunu, Azərbaycan Respublikasının Prezidentinuin arxasında sipər kimi dayanmalı olduğunu vurğulayıb. Yekun olaraq rektor Mustafa Babanlı hazırda bayrağımızın 1918-ci ildə qaldırılan bayraq olmasından, himnimizin bizə ADR-dən miras qalmasından hər bir ölkə vətəndaşının qürur duyduğunu qeyd edərək hamınlı 28 May-Respublika Günü münasibətilə təbrik edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs