news Image
2016.05.28
12:30
| A A A
Əli Əhmədov Tərtərdə sakinlər və əsgərlərlə görüşüb (FOTO)

Baş nazirin müavini Əli Əhmədov bu gün Tərtər rayonuna səfər edib.

Movqe.az-ın məlumatına görə, şəhərin mərkəzi meydanında Heydər Əliyevin abidəsini ziyarət edən Ə.Əhmədov sonra Tərtər rayon İcra Hakimiyyətində görüş keçirib.

Daha sonra Baş nazirin müavini Tərtər şəhərindəki N saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüşüb, aprel döyüşlərində şücaət göstərən hərbçilərimizi müxtəlif hədiyyələrlə təltif edib.

Ə.Əhmədov aprel ayı ərzində erməni silahlı birləşmələrinin təmas xəttində törətdiyi təxribatlar və cəbhəyanı kəndləri atəşə tutması nəticəsində zərər görmüş evlərə də baş çəkib, ziyan çəkmiş kəndlərin sakinləri ilə görüş keçirib.

Ə.Əhmədov, həmçinin təmas xəttində səngərdə olub və orada da əsgərlərlə görüşüb.

Qeyd edək ki, bu il aprelin 2-dən 5-dək və 27-dən 28-dək cəbhə bölgəsində ermənilərin ağır artilleriya qurğularından açdığı atəş nəticəsində Tərtər rayonunda xeyli evə ziyan dəyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs