Əlaqə Arxiv
news Image
2016.05.29
13:30
| A A A
Tərtər rayonunda 4 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 7 aprel - 28 may tarixlərində Füzuli, Ağcabədi və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.

 

ANAMA-dan verilən məlumata görə, Tərtər rayonunun Şıxarx kəndində 3 ev və həyətyanı sahədə 12 partlayış yerinə baxış keçirilib, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 22 000 kv.m ərazi yoxlanılıb.

 

Rayonun Qarağacı kəndində 1 ev və həyətyanı sahədə 1 partlayış yerində 1 ədəd 122 mm-lik mərmi aşkar olunub, ümumilikdə 200 kv.m ərazi yoxlanılıb. Cəmilli kəndində 1 ev və həyətyanı sahədə 3 partlayış yerində 2 ədəd qrad raketinin mühərrik hissəsi tapılıb, 4500 kv. m ərazi yoxlanılıb. Ümumilikdə Tərtər rayonunda 5 ev və həyətyanı sahəyə, 16 partlayış yerinə baxış keçirilib, 3 ədəd qrad raketinin mühərrik hissəsi və 1 ədəd 122 mm-lik mərmi aşkar olunub və 26700 kv.m ərazi təmizlənib.

 

Ağcabədi rayonunun Hacılar kəndində 3 əkin sahəsində, 1 orta məktəbin həyətində 4 partlayış yerinə baxış keçirilib, 26 000 kv.m ərazi yoxlanılıb. Füzuli rayonunun Şükürbəyli kəndində 4 əkin sahəsində 4 partlayış yeri, ümumən 1740 kv. m ərazi yoxlanılıb.

 

Ümumilikdə,  28 may tarixində  5 ev və həyətyanı sahə, 7 əkin sahəsi, 1 orta məktəb ərazisində,  24 partlayış yerinə baxış keçirilib.  Baxış nəticəsində 4 ədəd partlamamış hərbi sursat (3 ədəd qrad raketinin mühərrik hissəsi və 1 ədəd 122 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 54 440  kv. m ərazi təmizlənib.  Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Sizin Reklam Yeriniz