Əlaqə Arxiv
news Image
2016.05.30
12:15
| A A A
Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında iştirak edib (FOTO)

Mayın 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbədən ibarətdir. Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub. Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqla təchiz edilib.

Sonda xatirə şəkli çəkdirilib.

Sizin Reklam Yeriniz