Əlaqə Arxiv
news Image
2016.05.30
15:30
| A A A
Mayın son gününün havası - yağış yağacaq, şimşək çaxacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, gecə və axşam paytaxt və yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-27 dərəcə isti, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq.


Mayın 31-də Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.


Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu Aran rayonlarında gecə 14-19, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz