news Image
2016.05.30
16:00
| A A A
Oqtay Şirəliyev Xızıdakı qəzada yaralananların vəziyyəti ilə tanış olmaq üçün Sumqayıta gedib

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Xızıda avtobusun aşması nəticəsində yaralananların vəziyyəti ilə tanış olmaq üçün Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına baş çəkib.


Movqe.az xəbər verir ki, bu barədə Trend-ə Sumqayıt şəhər Səhiyyə Şöbəsindən məlumat verilib.


Şöbədən bildirilib ki, Siyəzən Müalicə Diaqnostika Mərkəzində qəza nəticəsində yaralanan 11 nəfərin Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə köçürülməsinə başlanılıb. Artıq xəstələrin bir hissəsi təcili tibbi yardım maşını ilə Sumqayıta gətirilib. Qalan xəstələr də yaxın saatlarda xəstəxanaya gətiriləcək.


O.Şirəliyev bundan əvvəl yaralananların vəziyyəti ilə tanış olmaq üçün Siyəzən Müalicə Diaqnostika Mərkəzinə baş çəkmişdi.


 

Baş həkimin müavini: Xızıdakı avtoqəza zamanı yaralanan xəstələrdən birinin vəziyyəti daha ağırdır (ƏLAVƏ OLUNUB)

Qeyd edək ki, mayın 29-da saat 19 radələrində Xızı rayonunun Qızıl-Qazma qəsəbəsində Sumqayıt şəhər sakini Zaur Şirinov idarə etdiyi "Hyundai" markalı mikroavtobus dərəyə aşıb. Nəticədə 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Maşındakılar Sumqayıt Dövlət Texniki Kollecinin müəllim və texniki işçiləri olub. Onlar istirahət etmək üçün həmin rayona səfər ediblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs