Əlaqə Arxiv
news Image
2016.05.31
19:00
| A A A
Suriyada faciə daha da ağırlaşıb - FOTO

Suriyadakı qanlı vətəndaş savaşının dayandırılması ilə bağlı Cenevrədə aparılan danışıqlarda Suriya müxalifətinin sabiq əsas təmsilçisi Məhəmməd Aluş müzakirələri tərk etməyib. O, bundan sonra "Ceyş əl İslam" qruplaşmasının nümayəndəsi olacaq.

Movqe.az milli.az-a istinadən bildirir ki, bunu Suriya müxalifətinin danışıqlar üzrə Ali Komitəsinin üzvü Nasir əl Həriri deyib.

"Aluş istefa versə də, "Ceyş əl İslam"ın əsas nümayəndəsi olaraq qalır. Ali Komitənin sədri postuna hələlik yeni şəxs təyin olunmayıb, - əl Həriri deyib.

Aluş isə bəyan edib ki, danışıqlar baş tutmayıb və dünya birliyi suriyalıların üzləşdikləri faciələri dayandırmaq iqtidarında deyil.

BMT-nin xüsusi təmsilçisi Staffan de Mistura Cenevrədəki danışıqlarda tərəfləri birbaşa müzakirələrə yönləndirə bilməyib. Onun sözlərinə görə, danışıqların yeni raundu iyulun əvvəlində olacaq.

Suriyada fevralın 27-də atəşkəs elan olunsa da, hərbi əməliyyatlar davam edir. Ən gərgin situasiya Hələb şəhərindədir. Hələb aramsız bombardmanlara məruz qalır.

Sizin Reklam Yeriniz