Əlaqə Arxiv
news Image
2016.05.31
11:41
| A A A
Hansı ilanlar sancdıqda zərdab vurulmalıdır?-Xəbərdarlıq!

Havalar isinəndən, aprel və may ayı ərzində Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilansancma ilə bağlı 18 müraciət daxil olub. Bu barədə məlumatı Movqe.az-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov verib. Onun sözlərinə görə, müraciət edənlərin 18 nəfərindən 7-i xəstəxanaya yerləşdirilib:"Xəstəxanaya yerləşdirilənlərin səhhəti ağır olub. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüm hadisəsi baş verməyib".

Azər Maqsudov bildirib ki, ötən illə müqayisədə bu il ilansancma ilə bağlı müraciət edənlərin sayı azdır: "Hələki havalar sərin keçir. Ona görə də ilanvurma ilə bağlı müraciətlər azdır".

A. Maqsudov ilan sancanlardan vəziyyəti ağır olanlara zərdab vurulduğunu bildirib. 

Şöbə müdiri bəzən ilan sancan zaman zərdaba ehtiyac olmadığını da söyləyib. Onun sözlərinə görə, su ilanı və koramal sancarkən çox vaxt zərdaba ehtiyac olmur. Amma A. Maqsudov gürzə ilanı sancarkən xəstəyə zərdab vurulmasının vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, zərdab 1-2, maksimum üç saat ərzində ilan sancan şəxsə vurulmalıdır ki, ilan sancma ölümlə nəticələnməsin. A. Maqsudov bu ilki mövsümdə hələki iki əqrəb sancma qeydə alındığını da bildirib. 

Qeyd edək ki, bu il ilk ilan sancma hadisəsi aprel ayının sonunda Şəmkirdə qeydə alınıb. Rayonun Posanlı kənd sakini, 1991-ci il təvəllüdlü Firdovsi Namazov ağır zəhərlənmə əlaməti ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. May ayında isə ilan sancma hadisələri Zaqatala rayonun Bəhmətli kəndində, Siyəzən rayon Kiçik Həmyə kəndində, Cəlilabadda Cəlayır kəndində, Şəki rayon Aşağı Şabalıd kəndində, Qaxın Qıpçaq kəndində qeydə alınıb. Bu mövsüm iki azyaşlı da ilan  və əqrəb sancmaya məruz qalıb. Hadisələrdən biri Tovuz rayonunun Düz Qırıqlı kəndində, Digəri isə rayonun Əlibəyli kəndində qeydə alınıb. Azyaşlılar 2006 və 2009-cu təvəllüdlü  Aydın Əliyev və Elvin Məmmədov olub. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 


Sizin Reklam Yeriniz