Əlaqə Arxiv
news Image
2016.05.31
14:45
| A A A
Erkin Vahidov vəfat etdi

Özbəkistanın tanınmış şair və dramaturqu, ictimai-siyasi xadim, Özbəkistanın Qəhrəmanı Erkin Vahidov vəfat edib.


Movqe.az bildirir ki, Erkin Vahidov 80 yaşında Daşkənddə dünyasını dəyişib.

 

1936-cı ilin 28 dekabırında Fərqanə vilayətinin Altıarisk rayonunda müəllim ailəsində anadan olan Erkin Vahidov müasir Özbək ədəbiyyatının tanınmış siması idi.

 

1955-1960-cı illərdə Daşkənd Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra bir çox qəzet və jurnalda, eləcə də nəşriyyatlarda işləyib.

 

1999-cu ildə "Özbəkistan Qəhrəmanı" adına layiq görülüb. Onun "Sübhün nəfəsi" ilk şeirlər kitabı 1961-ci ildə işıq üzü görüb.

 

Şairin "Qızl səhra", "İstanbul faciəsi" və "İkinci talisman" pyesləri özbək teatrlarında dəfələrlə səhnələşdirib.

 

Hötenin "Faust"unu, S.Yeseninin şeirlərini, eləcə də Tvardovskinin, Blokun, İkbalanın, Həmzətovun və bir çox tanınmış dünya yazarlarının əsərlərini özbək dilinə çevirib.

 

Azərbaycan oxucusu Erkin Vahidovun şeirləri ilə şair Ayaz Vəfalının tərcüməsində tanışdır./milli.az/

Sizin Reklam Yeriniz