Əlaqə Arxiv
news Image
2016.05.31
13:10
| A A A
Azərbaycanda fiziki şəxslərin gömrük güzəştlərindən qanunsuz istifadəsinə qarşı mübarizə başlayır

Dövlət Gömrük Komitəsi (DGK) fiziki şəxslər tərəfindən gömrük güzəştlərinin qeyri-leqal istifadəsinin qarşısının alınması ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə göndərib.

Movqe.az-ın məlumatına görə, bunu DGK sədri Aydın Əliyev "Multisektorial əməkdaşlıq: müasir dövrdə iqtisadiyyatın inkişafında gömrük xidmətinin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda deyib.


Onun sözlərinə görə, yaxın vaxtlarda Nazirlər Kabineti bu məsələ üzrə müvafiq qərar qəbul edəcək.


A.Əliyev ölkədə gömrük xidmətinin tarixi və son illər gömrük sahəsinin inkişafı üzrə aparılmış tədbirlər barədə danışıb.

Sizin Reklam Yeriniz