Əlaqə Arxiv
news Image
2016.05.31
13:13
| A A A
Bakı yenə toz-dumana bürünə bilərmi?-Açıqlama

İstirahət günlərində paytaxtda müşahidə olunan tozlu hava şəraitinin yaxın günlərdə təkrarlanması gözlənilmir. Bu barədə Movqe.az-a açıqlamasında , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamentinin direktor müavini Mətanət Avazova məlumat verib. M. Avazova bildirib ki, mayın 28-də Bakıda tozun miqdarı normadan artıq, pik həddə olub: "Yaxın günlərdə Bakıda tozlu havanın yenidən müşahidə olunacağı gözlənilmir. Azərbaycana, Bakıya toz əsasən Türkmənistandan gəlir. Bu dəfə isə toz Azərbaycana Ərəbistan çöllərindən gəlib. Bunun əsas səbəbi Ərəbistan yarmadasında, xüsusilə Küveyt olmaqla səhralarda baş vermiş burulğanlı külək idi. Küləyin istiqaməti dəyişdiyindən, toz atmosfer axınları, əsasən də cənub-şərq küləkləri ilə bizim ölkəmizə gəlib çatdı. Bizim başqa ölkələrdən atmosfer axını ilə hərəkət edən tozun nə vatx, hansı əraziyə çatmasını peykdən izləmək imkanımız var. Hələki, tozlu havanın ölkəmizdə təkrarlanacağı gözlənilmir".

M. Avazova bildirib ki, tozlu-dumanlı hava əsasən paytaxtın Bakı Buxtasında müşahidə olunub: "Həmin ərazi sahil zolağı olduğundan, köçkəklik olduğundan bir müddət o ərazidə hava dumanlı oldu. Bu hardasa 18 saat çəkdi. Bunun 6 saatı gecə vaxtına düşdüyündən, qeyri-iş günü olduğundan o qədər də əhali üçün zərəri olmadı".

Departament səlahiyyətlisi onu da bildirdi ki, tozun tərkibinin müayinəsi zamanı kimyəvi tullantılar aşkarlanmayıb. 

M.Avazovanın sözlərinə görə, havada tozun miqdarı ilə bağlı norma 1 kub metrdə 50 mikroqram səviyyəsindədir: "Əgər atmosferdə bu səviyyədən artıq tozluluq müşahidə edilərsə əhaliyə xəbərdarlıq edilə bilər. Bir neçə gün ölkədə müşahidə edilən hava şəraiti əsasən tənəffüs yolları və ürək-damar xəstəlikləri olanlar üçün əlverişsiz sayılır. Çünki, hava tozlu olanda oksigen çatışmazlığı yaranır. Amma biz tozlu havanın 18 saat müddətində davam etməsini nəzərə alıb əhaliyə xəbərdarlıq etmədik. Çünki, tozlu hava şəraitinin uzun müddət davam etməyəcəyi barədə məlumatlı idik. Bununla belə qeyd etmək istəyirəm ki, Bakıda yaxın günlərdə tozlu-dumanlı hava şəraitinin olması gözlənilmir". 



Sizin Reklam Yeriniz