Əlaqə Arxiv
news Image
2016.05.31
13:40
| A A A
Ümumdünya Tütünsüz Günü ilə bağlı tədbir keçirilib

Ümumdünya Tütünsüz Günü ilə bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakının 189-190 saylı tam orta məktəbində uşaq və yeniyetmələrin iştirakı ilə "Tütünsüz Dünya Yarat!" şüarı altında rəsm müsabiqəsi və media nümayəndələri üçün brifinq təşkil edilib. Movqe.az-ın xəbərinə görə, tədbir Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə həyata keçirilib.

 

İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, tədbirin əsas məqsədi "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020- ci illər üzrə Strategiya"ya uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, tütünün istifadəsi ilə bağlı yaranan riskləri qabaqlamaq və geniş əhali kütləsinin tütünün yaratdığı təhlükələr haqda məlumatlı olmasını təmin etməkdir. Onun sözlərinə görə, tədbir ictimaiyyətin diqqətini tütünün yaratdığı problemlərə çəkməklə, əhalinin tütün tüstüsünün sağlamlığa vurduğu ziyan haqda məlumatlı olmasına və sağlam həyat tərzinin təbliğinə yönəldilib.

 

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova bildirib ki, tütün çəkmənin nəticəsində hər saniyədə 1 insan ölür. Onun sözlərinə görə, 20 və daha çox siqaret çəkənlərdə müxtəlif patologiyaların yaranması riski 3-4 dəfə artıqdır: "Tütün çəkmə ilə bağlı xəstəliklərin nəticəsində hər il 5 milyondan artıq insan ölür. Avropa İttifaqında hər il passiv tütün çəkmə nəticəsində 19000-dən artıq tütün çəkməyən insan ölür. Avropa ittifaqında tütün çəkməni tərgidməməyin nəticəsində 650 mindən artıq insan vəfat edib".

 

Tədbirin davamında çıxış edən qonaqlar siqaretin insan sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışıb.

 

Tədbir çərçivəsində məktəbin həyətində "Tütünsüz Dünya Yarat!" şüarı altında asfalt üzərində rəsm müsabiqəsi keçirilib. 

Sizin Reklam Yeriniz