Əlaqə Arxiv
news Image
2016.05.31
16:52
| A A A
“Sosial Həyat” adlı yeni jurnalın ikinci sayı işıq üzü görüb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sosial Həyat" adlı yeni jurnalının ikinci sayı işıq üzü görüb.


Movqe.az-ın məlumatına görə, jurnalın nəşrində məqsəd ölkəmizdə aparılan sosial siyasət və onun səmərəli icrası sahəsində həyata keçirilən tədbirlər, əmək və sosial müdafiə sistemində müasir yanaşmaların, innovativ və şəffaf iş üsullarının tətbiqi yönündə aparılan islahatlar, sosial qanunvericilik, onun təkmilləşdirlməsi ilə bağlı görülən işlər və s. barədə dolğun məlumatların verilməsidir.


Ayda bir dəfə nəşr edilməsi nəzərdə tutulan jurnal həmçinin əmək və sosial müdafiə məsələləri ilə bağlı elmi-nəzəri və praktik məzmunlu materialların dərc edilməsi, müvafiq mövzularda təhlillərin aparılması, beynəlxalq təcrübəni əks etdirən yazıların təqdim olunması məramına xidmət edir.

Sizin Reklam Yeriniz