news Image
2016.05.31
17:00
| A A A
"Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi qəbul edildi

Milli Məclis bu gün keçirilən plenar iclasında "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.


Layihəyə görə, antidempinq rüsumları qiymətlə bağlı öhdəliklərin qəbul edilməsi halı istisna olmaqla, dempinqli və yerli istehsal sahəsinə zərər vuran bütün idxallara ayrı-seçkilik qoyulmadan tətbiq edilir.


Antidempinq rüsumunun dərəcəsi baxılan malın fərdi dempinq marjası üçün seçilmiş ixracatçılarına və ya xarici istehsalçılarına münasibətdə müəyyən olunmuş çəkili orta dempinq marjasından artıq olmamalıdır.


Əgər baxılan malın xarici istehsalçısı və ya ixracatçısı araşdırma orqanına araşdırmanın aparılması üçün zəruri məlumatları təqdim etməkdən imtina edərsə və müəyyən olunmuş müddətdə məlumatları təqdim etməzsə, onda araşdırma orqanında olan məlumat əsasında hesablanmış ən yüksək antidempinq rüsumu tətbiq edilməlidir

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs