news Image
2016.05.31
17:40
| A A A
AAF "V1 Challenge 2016" ilk Azərbaycan çempionatını keçirib

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda "V1 Challenge 2016" Azərbaycan çempionatı keçirilib.


Movqe.az bildirir ki, Federasiyadan Trend-ə verilən məlumata görə, Bakı Olimpiya Stadionunda-Böyükşor parkı ətrafında açıq havada təşkil olunan çempionatda 12 yerli pilot "Volkicar" idman avtomobillərində yarışıb.


Pilotlar hər birində 4 nəfər olmaqla 3 qrupda yarışıb. Hər bir qrupun qalibi finalda birincilik uğrunda mübarizə aparıb.


İki saatdan artıq davam edən yarış gərgin anlar və müxtəlif maraqlı şou ilə yadda qalıb.


Finalda pilotlar Hamlet Fərəcov 1-ci, Murad Həsənov 2-ci, Rəhim Orucov isə 3-cü yerin sahibi olub. Qaliblərə kubok və pul mükafatları verilib.


Çempionatın qalibi H.Fərəcov bildirib ki, peşəkar avtomobil yarışına ilk dəfədir qoşulub. O, avtomobil həvəskarı olan gəncləri bir araya toplayıb, onların bacarıq və qabiliyyətlərini professional səviyyədə realizə etmələrinə şərait yaratdığına görə Azərbaycan Avtomobil Federasiyasına təşəkkürünü bildirib. Qaliblər yüksək sürət sevənləri küçədə deyil, trekdə rəqabət aparmağa çağırıb.


Çempionat zamanı tamaşaçılara, həmçinin müxtəlif idman avtomobillərinin şousu təqdim olunub.


Qeyd edək ki, AAF bu günədək avtomobil idmanının inkişafı, o cümlədən bu idman növünün gənclər arasında yayılması və yerli pilotların hazırlanmasına dəstək verən bir sıra layihələr həyata keçirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs