news Image
2016.06.01
10:40
| A A A
165 əlilliyi olan şəxs istirahət və sağlamlıq mərkəzlərinə göndərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 165 əlilliyi olan şəxs istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a  verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin respublikanın səfalı guşələrində istirahətinin təşkili istiqamətində tədbirlər davam etdirilir.


Nazirlik daha 165 nəfər əlilliyi olan şəxsi Lənkəran və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə yola salıb.


İstirahət müddətində əlilliyi olan şəxslər üçün musiqili-əyləncəli tədbirlər, viktorinalar və s. də təşkil olunur. Onların istirahət və sağlamlıq mərkəzlərinə aparılıb gətirilməsi xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.


İstirahətə yola salınan əlilliyi olan şəxslər Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar. Onlar sosial təminatlarının gücləndirilməsi sahəsində aparılan məqsədyönlü işlərə, habelə yaz-yay mövsümündə ölkəmizin səfalı guşələrində mənalı istirahət etmələri üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən, cari il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub.


Onlardan artıq 255 nəfəri Lənkəran və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs