Əlaqə Arxiv
news Image
2016.06.01
12:33
| A A A
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

 

ETSN-in Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən xəbərə görə, iyunun 2-də Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

 

Azərbaycanın rayonlarında - iyunun 3-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Sizin Reklam Yeriniz