Əlaqə Arxiv
news Image
2016.06.01
16:10
| A A A
ADNSU-da imtahan həyəcanı davam edir

Mayın 27-dən başlayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) I , II, III kurslar üzrə Yay imtahan sessiyası öz işinə davam edir.

İmtahanlar 7 fakültədə - Geoloji kəşfiyyat (GKF), Qaz-neft mədən (QNM), Kimya texnologiya (KTF), Neft-mədən (NMF), İnformasiya texnologiyaları və İdarəetmə (İTİF), İqtisadiyyat və Menecment (İMF), eləcə də SABAH qruplarında aparılır. İmtahanlar saat 14:00-a qədər İmtahan Mərkəzində kodaşdırılır və auditoriyalara verilir. Saat 14:00-dan sonra 462-ci auditoriyada müəllimlərin iştirakı ilə yoxlanılaraq yenidən İmtahan Mərkəzinə göndərilir. İmtahan Mərkəzindən "ADNSU Xəbər"ə verilən məlumata görə, GKF-də 29, QNMF-də 32, KTF-də 24, NMF-də 23, EF-də 27, İTİF-də 70, İMF-də 26, SABAH-da isə 10 qrupda imtahan gedir. İmtahan prosesi iyulun 4-ə qədər davam edəcək.

Sizin Reklam Yeriniz