news Image
2016.06.01
18:00
| A A A
Uşaqların internet təhlükəsizliyini necə təmin etməli?

Yüksək texnologiyaların sürətli inkişafı nəticəsində internet uşaqdan böyüyə qədər hər bir kəsin həyatının ayrılmaz hissəsinə çevrilib. Bu gün ən azı böyüklər qədər uşaqlar da, virtual məkandan özlərini ifadə vasitəsi kimi istifadə edirlər.


İnternet uşaqlara informasiyaya çıxış, ifadə azadlığı və ictimai müzakirələrdə iştirak etmək hüququ verir. Mütəxəssislər hesab edir ki, internetin dəyəri onun açıq və əlçatanlığındadır, amma məhz bu xüsusiyyətlər uşaqlar üçün böyük təhlükə doğurur.


Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumat verir ki, Birləşmiş Millətlər Təşkilatının ekspertləri uşaqlara internetdə təhlükəsiz davranış qaydalarını öyrətməyi və virtual məkanda onlara qarşı zorakılığa görə cinayət cəzası nəzərdə tutan qanunların qəbulunu təklif edirlər.


Bəs belə olan halda, həm tədris prosesi, həm də azad və müstəqil saatlarda internet qarşısında vaxt keçirən uşaqlar ondan necə istifadə etməlidirlər?


"Uşaqların beynəlxalq müdafiəsi günü"də məsələnin aktuallığını nəzərə alaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi valideynlərə internetdən düzgün istifadə qaydaları ilə bağlı müvafiq tövsiyələrini təqdim edir.


Beləliklə:


• Uşaqlarınızın daxil olduqları veb saytlara nəzər salıb, təhlükəli olub-olmadığını özünüz mütəmadi şəkildə yoxlayın.

• İnternetdəki zərərli veb saytlar və bədniyyətli şəxslərdən gələ biləcək təhlükələrə qarşı uşaqlarınızı məlumatlandırın.

• Parol olaraq, mürəkkəb şifr seçməkdə uşaqlara yaxından kömək edin.

• Zərərli məzmunları filtrləyən və təhlükəli saytlara daxil olmanın qarşısını alan filtrləmə proqramlarından istifadə edin. Bu cür proqramlar eyni zamanda uşağınızın daxil olduğu veb saytları izləməyinizə də kömək edəcək.

• Uşaqlarınızın internetdə oynadıqları oyunlar haqda məlumatlı olun.

• Övladlarınızın sizin nəzarətiniz altında internetdən istifadəsinə icazə verin.

• Onlara sosial şəbəkələr və ya veb saytlarda tanımadığı insanlarla ünsiyyət qurmalarının təhlükəli ola biləcəyi barədə məlumat verin.

• Uşaqlarınızla internetdəki söhbətlərə siz də qatılın, kimlərlə söhbət və dostluq etdiklərini müşahidə edin.

• Sosial şəbəkələrdə və ya söhbət (çat) otaqlarında uşaqların fərdi məlumatlarını paylaşmalarının qarşısını alın və təhlükə barədə onları məlumatlandırın.

• Uşaqlarınızın internet təhlükəsizliyinə zərər verə biləcək hər hansı halla qarşılaşdıqda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinə müraciət edə bilərsiniz.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs